
Uilyamsın qardaşı “Barselona”nı ələ saldı
“Atletik”in hücumçusu İnyaki Uilyams qardaşı Niko Uilyamsın klubla yeni müqavilə imzalamasından sonra sosial şəbəkədə “Barselona”ya incə bir eyham vurub.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Bilbao təmsilçisinin Uilyamsla müqavilənin müddətinin uzadılmasına həsr olunmuş videoçarxı paylaşaraq “O, qalır!” (“Se queda”) sözlərini yazıb.
Bu ifadə “Barselona”nın sabiq müdafiəçisi Jerar Pikeni xatırladır. O da 2017-ci ildə Neymarın PSJ-yə transferindən əvvəl oxşar paylaşım etmişdi.
22 yaşlı vinger “Atletik”lə müddəti 2035-ci ilə qədər olan yeni müqavilə bağlayıb. Bu qərar “Barselona”nın marağına baxmayaraq verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin