İspaniya millisinin hücumçusunun “elçilər”i artır
İspaniya millisinin və “Atletik”in hücumçusu Niko Uilyams İngiltərə Premyer Liqasının üç klubunun maraq dairəsindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun müqaviləsində 58 milyon avro təzminat nəzərdə tutulub. Onunla maraqlanan klublar arasında “Çelsi”nin də olduğu bildirilmişdi. Digər iki komandanın adı hələlik məlum deyil. Uilyamsın xidmətində “Barselona” da maraqlıdır.
21 yaşlı futbolçu Avropa çempionatının qrup mərhələsinin ikinci turunda İspaniya millisinin İtaliya ilə qarşılaşdığı matçın ən yaxşı oyunçusu seçilib.
Uilyams La Liqanın son mövsümünü 5 qol və 11 məhsuldar ötürmə ilə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin