“Bayern” “Liverpul”un hücumçusuna göz dikib

“Bayern” “Atletik”in vingeri Niko Uilyamsın transferi uğursuzluqla nəticələndikdən sonra yeni oyunçu almaq planları üzərində işləyir.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, Münhen təmsilçisi artıq “Liverpul”un futbolçusu Kodi Qakpo və “Brayton”un yarımmüdafiəçisi Kaoru Mitoma ilə maraqlanır.

26 yaşlı Qakpo son mövsümdə 49 oyunda iştirak edib, 18 qol vurub və 7 məhsuldar ötürmə verib. Digər namizəd Mitoma isə 41 matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

“Bayern” 2024/25 mövsümündə Bundesliqada 13 xal fərq ilə Leverkuzen “Bayer”ini qabaqlayaraq çempion olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button