
Uilyams peşmandır
“Atletik”in vingeri Niko Uilyams ötən il “Barselona”ya baş tutmayan transferinə görə peşmandır.
Kataloniya klubu ispaniyalı futbolçunu transfer etmək üçün uzun müddət çalışsa da, Uilyams sonda bu təklifə “yox” deyərək, klubunda qalmağa qərar vermişdi. İndi isə vəziyyət dəyişib. O, “Barselona”ya keçmək istəyir və transferin baş tutması üçün əlindən gələni edəcəyini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı oyunçu keçən il “Barselona”ya “yox” dediyinə görə peşman olduğunu etiraf edib.
O, həmçinin, bildirib ki, “Barselona”nın maliyyə problemləri və La Liqanın qeydiyyat riskləri onu narahat etmir.
“Atletik” isə Uilyamsı buraxmaq istəmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin