“Barselona” rəhbərliyinə demişəm ki, bu futbolçunu almaq lazımdır”
“Barselona”nın sabiq hücumçusu Xristo Stoiçkov “Atletik”in vingeri Niko Uilyamsın Kataloniya klubuna mümkün transferindən danışıb.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Onun qiyməti 58 milyon avrodur? Biz onu almalıyıq! Artıq “Barselona” rəhbərliyinə demişəm ki, bu futbolçunu almaq lazımdır. Uilyamsın komandaya uyğun olduğuna şübhə yoxdur. Hücumun həm sol, həm də sağ cinahında oynamağı bacarır. Uilyams meydanda fərq yarada bilər”.
22 yaşlı yarımmüdafiəçi ötən mövsüm İspaniya çempionatında 31 oyun keçirib, 5 qol vurub və 11 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin