Uilyams “Atletik”dən onu buraxmasını tələb edir

“Atletik”in vingeri Niko Uilyams gələcəyi ilə bağlı qərarını verib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Bayern”in ciddi cəhdlərinə baxmayaraq, ispaniyalı futbolçu “Barselona”ya keçmək niyyətindədir və məhz Kataloniya təmsilçisinə üstünlük verir.

Uilyams “Barselona”ya uyğun oyunçu olduğunu düşünür və “Atletik”in onu buraxmasını istəyir. O, müqavilənin müddətinin uzadılması ilə bağlı gələn sərfəli təklifi qəbul etmək fikrində deyil.

Bilbao şəhərində Uilyamsın portretinin təhqir olunması 22 yaşlı oyunçuya psixoloji təsir göstərib və bu hadisə onun qərarında həlledici olub.

Mətbuatda daha əvvəl yazıldığına görə, Uilyamsın müqaviləsində 58 milyon avroluq satınalma bəndi mövcuddur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button