
Uilyams “Barselona”ya şok yaşadıb
“Atletik” bu gün vingeri Niko Uilyamsın müqaviləsinin müddətini 10 illik uzatdığı elan edib.
Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçunun adını son zamanlar “Barselona” ilə sıx əlaqələndirirdilər, ancaq bu transfer artıq baş tutmayacaq.
“Barselona”nın rəhbərliyi bu qərardan sonra tam mənada şoka düşüb. Maraqlıdır ki, hələ bir gün əvvəl Uilyamsın agenti onun gələcəyi ilə bağlı qərarın bir həftə ərzində veriləcəyini demişdi.
Kataloniya təmsilçisi hesab edir ki, 22 yaşlı futbolçu bu addımı ilə hörmətsizlik edib, çünki ilkin təşəbbüs məhz onun tərəfindən gəlmişdi. Klub prezidenti Xuan Laporta əvvəlcə bu transferə isti yanaşmasa da, onun agentinin təklifi və klub daxilindəki məsləhətləşmələrdən sonra fikrini dəyişmişdi.
İndi isə “Barselona”da düşünürlər ki, onlara qarşı qeyri-etik davranılıb. Bəziləri bunu birbaşa “aldadılmaq” kimi də qiymətləndirir.
Bizi Facebook-da izləyin