“Barselona” bu həftə Uilyamsla müqavilə bağlaya bilər

İspaniya millisinin və “Atletik”in vingeri Niko Uilyams gələcək karyerası ilə bağlı qərar verib.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, 22 yaşlı Avropa çempionu “Barselona” rəhbərliyinə yayda Kataloniya klubuna keçməyə hazır olduğunu bildirib.

“Barselona” bu həftə Uilyamsla müqavilə bağlayacağını gözləyir. Onun transfer məbləği 62 milyon avro qiymətləndirilir.

Uilyams ötən mövsüm İspaniya çempionatının 31 oyununda iştirak edib, 5 qol vurub, 11 məhsuldar ötürmə verib. O, 2020-ci ildən “Atletik”də çıxış edir, klubla müqaviləsi 2027-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button