
Uilyams “Barselona”dan zəmanət alıb
“Barselona” İspaniya millisinin və “Atletik”in hücumameyilli yarımmüdafiəçisi Niko Uilyamsın transferi üzərində çalışmalarını davam etdirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu ispaniyalı futbolçuya onu qeydiyyatdan keçirə biləcəklərinə zəmanət verib. Klub indi vingerin transferindən sonra heç bir maliyyə problemi yaranmamasına çalışır.
Uilyamsın “Atletik”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna kimidir. 22 yaşlı futbolçu 2024/25 mövsümündə La Liqada 29 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin