“Kocaelispor”u Rəşad Sadıqova görə tanıyırdım” – Ramil Şeydayev
Türkiyənin “Kocaelispor” klubuna keçən Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev təqdimat mərasimində iştirak edib.
Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçu 1-ci liqa təmsilçisi ilə uğurlu mövsüm keçirmək istədiyini bildirib:
“Transfer danışığı uzun sürdü. Amma bu komandaya keçdiyim üçün xoşbəxtəm. Uğurlu mövsüm keçirmək istəyirəm. Türkiyədə və “Kocaelispor”da olmaq, burada oynamaq məni həyəcanlandırır. “Kocaelispor”u Rəşad Sadıqova görə tanıyırdım. Transferimdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Mövsümün sonunda birlikdə sevinəcəyik”.
Tailandın “Buriram Yunayted” klubundan ayrılan Ramil Şeydayev “Kocaelispor”la 1,5 illik müqavilə bağlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin