Ölkə prezidenti Argentina – Xorvatiya matçından danışdı
Argentina prezidenti Alberto Fernandes milli komandanın DÇ-2022-nin yarımfinal mərhələsinin Xorvatiya ilə görüşünü dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə başçısı komanda işinin əhəmiyyəti barədə danışıb:
“Oyunçular, məşqçilər heyəti və bütün nümayəndə heyəti Argentinanı ən yüksək nöqtəyə gətirə bildilər. Onlar bir daha göstərdilər ki, uğura gedən yol həmişə komanda işindən keçir”.
Argentina millisi DÇ-2022-nin yarımfinal mərhələsində Xorvatiyanı məğlub edərək (3:0), finala vəsiqə qazanıb. Cənubi Amerika təmsilçisi DÇ-2022-nin həlledici görüşündə Fransa – Mərakeş matçının qalibi ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin