“Səbirsizlənirəm” – Yeni transfer

“Mançester Yunayted”in yeni hücumçusu Benjamin Şeşko transferi barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sloveniyalı forvard “Mançester Yunayted”in xüsusi tarixinin olduğunu bildirib:

“Mançester Yunayted”in xüsusi tarixi var, amma məni ən çox həyəcanlandıran gələcəkdir. Layihə barədə danışanda hər şeyin bu komandanın inkişafını davam etdirməsi və tezliklə böyük titullar uğrunda mübarizə aparması üçün hazır olduğunu gördüm.

Klubda yaradılan pozitiv enerji və ailə atmosferini hiss etdim. Bu, maksimum səviyyəmə çatmaq və bütün iddialarımı həyata keçirmək üçün ideal yerdir.

Ruben Amorimdən (baş məşqçi) öyrənmək, komanda yoldaşlarımla birlikdə çalışaraq uğur qazanmağa başlamaq üçün səbirsizlənirəm”.

“Mançester Yunayted” Şeşkonu “Leyptsiq”dən 76,5 milyon+8,5 milyon avro bonus qarşılığında transfer edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button