Ufuk Budaklı “Altınordu” darmadağına üzüldü

Futbol üzrə Türkiyə 1-ci liqasında 9-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın formasını geyindiyi “Altınordu” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Ümraniyəspor”la qarşılaşıb. Ufukun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.

Ufuk da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin sabiq üzvü fasilədə əvəzlənib.

“Altınordu” hazırda 5 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button