Ufuk Budakın komandası ilk qələbəsini qazandı
Futbol üzrə Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın yenicə transfer olunduğu “Altınordu” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Əskişəhərspor”la qarşılaşıb. Ufukun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.
Ufuk bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Altınordu” hazırda 4 xalla 18 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin