Ufuk Budakın baş məşqçisi qovuldu
Türkiyənin “Boluspor” klubu baş məşqçi Sait Karafırtınalarla vidalaşıb.
Komanda.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Azərbaycan millisinin futbolçusu Ufuk Budakın formasını geyindiyi Türkiyə klubu baş məşqçisini qarşılıqlı razılıq əsasında istefaya göndərib. 50 yaşlı mütəxəssis komandanın son dövrlərdəki uğursuz nəticələri səbəbindən yola salıb.
“Boluspor” 18 turdan sonra 28 xalla 8-ci pillədə qərarlaşıb. Komanda yanvarın 22-də Türkiyə Kubokunun 1/8 final mərhələsinin ilk oyununda “Qalatasaray”ı qəbul edəcək. Bu görüşün 6 gün əvvəl keçirilməsi nəzərdə tutulsa da, əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. “Boluspor”u “Qalatasaray”la oyuna aşağı yaş qrupları üzrə komandaların koordinatoru Cüneyt Karakuş çıxaracaq.
Qeyd edək ki, sol cinah müdafiəçisi olan Ufuk Budak cari çempionatda 14 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin