Ufuk Budak üçün 90 dəqiqə və 1 xal
Futbol üzrə Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın formasını geyindiyi “Altınordu” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Bursaspor”la qarşılaşıb. Ufukun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Ufuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Altınordu” hazırda 14 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin