Ufuk Budak üçün 90 dəqiqə və 1 xal
Futbol üzrə Türkiyə 1-ci liqasında 6-cı turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın formasını geyindiyi “Altınordu” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Adana Dəmirspor”la qarşılaşıb. Ufukun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Ufuk da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin sabiq üzvü sonadək oynayıb. O, 7-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
“Altınordu” hazırda 5 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin