Ufuk Budak üçün 90 dəqiqə və 1 xal
Futbol üzrə Türkiyə 1-ci liqasında 29-cu turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Dənizlispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 0:0.
Ufuk da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Boluspor” hazırda 43 xalla 18 iştirakçı arasında 9-cu pillədədi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin