Ufuk Budak oynamadı, komandası mövsümü qələbə ilə başa vurdu
Futbol üzrə Türkiyə 1-ci liqasında mövsümə yekun vurulur.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da bu mövsüm sonuncu matçına çıxıb.
Sözügedən kollektiv 34-cü tur çərçivəsində doğma meydanda “Əskişəhərspor” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 3:2.
Ufuk bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Boluspor” mövsümü 49 xalla 18 iştirakçı arasında 9-cu pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin