
Ufuk Budak oynadı, komandası xal itirdi
Futbol üzrə Türkiyə 1-ci liqasında 21-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Afyonspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
Ufuk da bu oyunun iştirakçısı olub. Start heyətdə çıxan Budak sonadək mübarizə aparıb.
“Boluspor” hazırda 32 xalla 18 iştirakçı arasında 8-ci pillədədi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin