Ufuk Budak oynadı, komandası uduzdu
Futbol üzrə Türkiyə 1-ci liqasında 20-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Ümraniyyəspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.
Ufuk da bu oyunun iştirakçısı olub. Start heyətdə çıxan Budak sonadək mübarizə aparıb. O, 14-cü dəqiqədə sarı vərəqə də alıb.
“Boluspor” hazırda 31 xalla 18 iştirakçı arasında 8-ci pillədədi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin