Ufuk Budak oynadı, Dəniz Yılmaz izlədi
Futbol üzrə Türkiyə 1-ci liqasında 27-ci tura start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi”, millimizin digər keçmiş futbolçusu Ufuk Budakın klubunu – “Boluspor”u qəbul edib.
Hesabı ilk yarıda paytaxt təmsilçisi açsa da, Bolu klubu fasilədən sonra məğlubiyyətdən qaçmağı bacarıb. Qarşılaşma 1:1 hesabıyla da başa çatıb.
Dəniz Yılmaz bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Ufuk Budak isə start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
27 oyuna 55 xal toplayan “Gənclərbirliyi” hazırda 55 xalla zirvədə qərarlaşıbsa, “Boluspor” 39 xalla 9-cudu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin