UFC turniri təxirə salındı
Aprelin 18-də Nyu-Yorkda keçirilməsi planlaşdırılan UFC turniri baş tutmayacaq.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, turnir, koronavirus pandemiyası səbəbiylə təxirə salınıb. Məlumatı UFC prezidenti Dana Uayt da təsdiqləyib.
Turnir çərçivəsində Həbib Nurməhəmmədov amerikalı Toni Ferqussonla döyüşməli idi. Lakin Nurməhəmmədov pandemiya səbəbiylə görüşdən imtina etdiyi üçün onu Castin Geyçi əvəzləmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin