Makqreqor “Arsenal”ın futbolçuları ilə görüşüb, Saka ilə “dalaşıb”

Məşhur UFC döyüşçüsü Konor Makqreqor bu yaxınlarda Çempionlar Liqasının 2-ci turu çərçivəsində “Arsenal”ın evdə PSJ-ni 2:0 hesabı ilə məğlub etdiyi matçı stadiondan izləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Makqreqor “Arsenal”ın futbolçuları ilə danışıb, hətta zarafatla Bukayo Saka ilə yumruqlaşıb da. Eyni zamanda, onun sosial şəbəkədə təkcə “Emirates” stadionunun tribunasında deyil, həm də, final fitindən sonra meydanda vaxt keçirdiyi foto və videolar yayılıb.

“Arsenal” növbəti oyununu oktyabrın 5-də Premyer Liqada “Sauthempton”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button