Nurməhəmmədov “Real”ın futbolçusunun təklifinə cavab verdi

Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov “Real”ın müdafiəçisi Antonio Rüdigerin təklifinə cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, rusiyalı idmançı Rüdigeri ehtiyatlı olmağa çağırıb:

“Bu, birə-bir futbol deyil, MMA-dır. Ehtiyatlı ol!”

Almaniyalı futbolçu sosial şəbəkə hesabında zarafatla Nurməhəmmədovu təkbətək döyüşməyə çağırmışdı.

Rusiyalı idmançı futbol azarkeşidir və bir neçə dəfə “Real”ın matçlarında iştirak edib. Nurməhəmmədov İngiltərədə doğulsaydı, futbolçu ola biləcəyini də bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button