Ferqyusonun ünvanına “rədd olsun” deyən Runinin etirafı

Sabiq futbolçu Ueyn Runi 14 yaşında olarkən “Mançester Yunayted”ə keçmək istəməyib.

Komanda.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, bu barədə Runi özü məlumat verib:

“Ser Aleks Ferqyuson 14 yaşım olanda mənimlə müqavilə imzalamaq istədi. O, valideynlərimə zəng etdi. Mənə dedilər ki, “Aleks zəng etdi, səni “Mançester Yunayted”ə dəvət etmək istəyir”. Dedim ki, qoy rədd olsun, mən “Everton”da oynamaq istəyirəm.

Amma zaman keçdikcə Ferqyusonun komandasında oynamaq istədiyimi anladım. Mən “Mançester Yunayted”ə ona görə getdim” .

”Everton”un yetirməsi olan Runi 2002-ci ildə, 16 yaşında Premyer Liqada debüt edib və 2004-cü ildə “Mançester Yunayted”ə keçib.

Ueyn Runi “Mançester Yunayted”lə (2004-2017) 16 kubok, o cümlədən, UEFA Çempionlar Liqası və 5 Premyer Liqa titulunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button