ÇL: “Mançester Siti” oyunun sonlarına doğru çox sadəlövhlük nümayiş etdirdi”

İngiltərə millisinin sabiq hücumçusu Ueyn Runi “Mançester Siti”nin Çempionlar Liqasında “Real”la matçda hesabdakı üstünlüyü əldən verməsinə (2:3) münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş futbolçu bunu deyib:

“Mançester Siti” xüsusilə, oyunun sonlarına doğru çox sadəlövhlük nümayiş etdirdi. Oyunçular komanda yoldaşlarına baxdılar və demək olar ki, bir-birlərinə inanmadılar. Düşünürəm ki, bu, Pep Qvardiolanı narahat edir”.

“Real”la “Mançester Siti” arasında cavab oyunu fevralın 19-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button