Ueyn Runi: “Liverpul” çempion elan olunmalıdı”

Koronavirus pandemiyasına görə məcburi fasilə yaranmış İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün aqibəti ilə müxtəlif təkliflər səsləndirilməkdədi.

Komanda.az xəbər verir ki, bu müzakirələrə İngiltərə yığmasının sabiq hücumçusu, hazırda “Derbi Kaunti”də forma geyinən Ueyn Runi də qoşulub.

O, mövsümün yenidən bərpa olunması ilə bağlı qərarla bağlı tələsməməyin vacibliyini dilə gətirib:

“Koronavirusla bağlı böhran futboldan daha böyükdü. Federasiyalar çempionatları tam başa çatmamış bitirsələr, buna təəccüblənmərəm. Bu üzdən də “Liverpul” çempion elan olunmalıdı. Bu, indiki məqamda ən ədalətli qərar olar”.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında mövsümün geridə qalan 29 turu ərzində 82 xal toplamış “Liverpul” zirvədə qərarlaşıb. Bu komandanın ən yaxın izləyicisi “Mançester Siti” isə liderdən 25 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button