“Bu, doğru vaxtdır” – Runi

Ueyn Runi “Di Si Yunayted” klubunun baş məşqçisi postunu tərk edib. Tərəflər bu barədə qarşılıqlı qərara gəlib.

Komanda.az ABŞ klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı ingilis mütəxəssis komanda ilə yollarını ayırması haqda açıqlama verib:

“Bu, doğru vaxtdır. Komandanın pley-offa yüksəlməsi üçün hər şey etdim. Ona görə də, vaxt yetişib”.

“Di Si Yunayted” 40 xalla MLS Şərq Konfransının turnir cədvəlində 9-cu yerdədir. Komanda pley-off mərhələsinin 1/16 finalına yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button