Runi: “Geriyə baxanda çoxlu problemlərim var idi”

İngiltərə yığmasının sabiq hücumçusu Ueyn Runi yeniyetməlik illərində alkoqolla bağlı problemlərindən danışıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir verir ki, o, həddindən artıq içki içdiyini və bunun vaxtilə performansına təsir etdiyini söyləyib:

“Böyüdüyüm Liverpul yaşamaq üçün çətin bir yer idi, amma mən orada böyüməyi çox sevirdim və mənə çox şey öyrətdi.

Yadımdadır, 14 yaşım olanda yolu keçirdim, cümə axşamı idi və şənbə günü Kolin Harvinin baş məşqçisi olduğu “Everton”un 19 yaşadək futbolçulardan ibarət komandasında oynamalı idim. Və beləliklə yolu keçirəm, əlimdə bir çanta sidr, bir qutu siqaret…

Yeniyetmələr kimi tərk edilmiş evlərə rast gəlirdik, pəncərələri sındırar, orada oturub içərdik. Geriyə baxanda çoxlu problemlərim var idi. Mən həddindən artıq içki içirdim və bu, açıq-aydın mənim performansıma təsir edirdi” .

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button