
Ueyn Runi – 500!
“Derbi Kaunti”nin Çempionşipin 34-cü turu çərçivəsində “Fulhem”lə 1:1 hesablı heç-heçəyə razılaşdığı oyun hücumçusu Ueyn Runi üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, 34 yaşı futbolçu İngiltərə çempionatlarında 500-cü oyununu keçirib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İngiltərə millisinin sabiq hücumçusu “Mançester Yunayted”in heyətində 393, “Everton”un heyətində 98, hazırkı klubu “Derbi Kaunti”nin heyətində isə 9 oyun keçirib.
Yanvardan “Derbi Kaunti”nin şərəfini qoruyan futbolçu, Çempionşipdə iştirak etdiyi 9 oyunda 3 qolla yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin