“Tottenhem” onu yenə icarəyə göndərir

“Tottenhem”in müdafiəçisi Co Rodon karyerasını “Lids”də davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uelsli futbolçu Lids təmsilçisində icarə əsasında çıxış edəcək. Müqavilə qarşıdakı günlərdə tamamilə yekunlaşacaq.

Rodon 2022/23 mövsümündə icarə əsasında “Renn”də oynayıb. O, Fransa klubunun heyətində 22 oyuna çıxıb və bir qola imza atıb.

Xatırladaq ki, “Lids” başa çatan mövsümün nəticələrinə görə Premyer Liqanı tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button