Millinin sabiq üzvünə 18 aylıq qadağa

“Liverpul”un və Uels millisinin sabiq hücumçusu Kreyq Bellami saxlanılıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sərxoş halda avtomobilini idarə edən Bellami, 18 ay sürücülük hüququndan məhrum edilib. Bellamiyə bundan əlavə, 650 min funt-sterlinq pul cəzası verilib.

Karyerası ərzində “Liverpul”, “Mançester Siti”, “Kardiff Siti” kimi komandalarda çıxış edən Bellami, 78 dəfə də Uels millisinin şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button