“Buna görə də onlara hörmətlə yanaşacağıq” – Uels millisinin futbolçusu
Uels millisinin futbolçusu Harri Uilson açıqlama verib.
Komanda.az “mirror.co.uk” saytına istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaqları oyun haqda da danışıb:
“Azərbaycan öz meydanımızdakı oyunda düşündüyümüzdən daha sərt çıxdı. Buna görə də onlara hörmətlə yanaşacağıq. Müdafiə xətti çox yaxşı qurulmuşdu. Artıq onların nəyi yaxşı bacardıqlarını və qapılarına necə yol tapa biləcəyimizi bilirik. Ancaq son iki maçdakı kimi, bizə qarşı diqqətli olacaqlar. Oyun planımızı həyata keçirə bilsək, 3 xal qazana bilərik”.
Noyabrın 16-da keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin