100-ə çatdı, 2-ci oldu
Uels millisi DÇ-2022-nin seçmə mərhələsində Belarusu darmadağın edib – 5:1.
Komanda.az xəbər verir ki, sözügedən matç uelsli futbolçu Qaret Beyl üçün əlamətdar olub. Bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
Belarusla oyunda iştirak edən Beyl millidə 100-cü matçını keçirib. O, yığmada bu oyun sayına çatan ikinci futbolçu olub.
Uels yığmasında oyun sayına görə rekordçu Kris Qanterdir. O, millidə 106 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin