Uels millisi Giqqzlə yollarını ayırdı

Rayan Giqqz Uels milli komandasının baş məşqçi postundan ayrılıb.

Komanda.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Uels Futbol Assosiasiyası (FAW) 49 yaşlı mütəxəssisin iyunun 20-də verdiyi müvafiq açıqlamanı təsdiqləyib.

FAW Giqqzin qərarının ölkə futbolunun maraqlarına cavab verdiyini bildirib. Qurum hazırda milli komandanın bütün diqqətinin Qətərdə keçiriləcək dünya çempionatına yönəldiyini vurğulayıb. Mundial 21 noyabr-18 dekabrda təşkil olunacaq.

Giqqz 2020-ci ilin noyabrında keçmiş sevgilisinə hücumda ittiham olunub. Məsələ ilə bağlı araşdırmalar başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button