Beyl karyerasını bitirə bilər – tezliklə

Uels milli komandasının və “Real”ın futbolçusu Qaret Beyl karyerasını bitirə bilər.

Komanda.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi AÇ-2020-dən sonra futbolçu karyerasını bitirməyi düşünür. Bu barədə “Marca” nəşri məlumat yayıb.

“Real”la müqaviləsi 2022-ci ilin yayına qədər olan Beyl qərarını AÇ-2020-dən sonra verəcək.

AÇ-2020 bu il 11 iyun-11 iyul aralığında keçiriləcək. AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var.

Uels millisi AÇ-2020-də Türkiyə, İtaliya və İsveçrə ilə birgə A qrupunda mübarizə aparacaq. Sözügedən qrupun Uels – İsveçrə, Türkiyə – Uels və İsveçrə – Türkiyə oyunları Bakı Olimpiya Stadionunda keçiriləcək. Təqvimə əsasən, Bakı 1/4 final mərhələsinin də bir oyununa ev sahibliyi edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button