Milli komandada ciddi itki – AÇ-2020-ni buraxa bilər
Uels milli komandasının üzvü Co Allen zədələnib.
Komanda.az xəbər verir ki, bu barədə 29 yaşlı yarımmüdafiəçinin formasını geyindiyi “Stok Siti” klubunun rəsmi saytı məlumat yayıb. Çempionşipin 27-ci turunun “Hall Siti” ilə matçında (5:1) zədələnən Allen üçün mövsüm başa çatıb.
“Stok Siti” klubunun yaydığı açıqlamada, yarımmüdafiəçinin böyük ehtimalla AÇ-2020-ni buraxacağı bildirilir.
Uels milli komandası AÇ-2020-nin qrup mərhələsində İtaliya, Türkiyə və İsveçrə ilə mübarizə aparacaq. Uels yığması İsveçrə və Türkiyə ilə oyununu Bakı Olimpiya Stadionunda keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin