
AÇ-2020: “Belə məğlubiyyəti gözləmirdik” – Beyl
Uels milli komandasının futbolçusu Qaret Beyl AÇ-2020-nin 1/8 final mərhələsində Danimarkaya uduzduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Beyl, 0:4 hesabıyla bitən görüşü belə şərh edib:
“Çox çalışdıq, lakin sonunu gətirə bilmədik. Məyusuq. Belə məğlubiyyəti gözləmirdik. Həqiqətən, çox məyusuq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin