AÇ-2020: “Hər kəs bizim edəcəklərimizdən qorxur”
Uels milli komandasının futbolçusu Daniel Ceyms AÇ-2020-nin qrup mərhələsinin ilk turunda İsveçrəyə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Ceyms, hər komandanın Uelsdən qorxacağını deyib:
“Meydanda kim olur olsun, hamı Uelsdən qorxacaq. Bütün heyətimiz burda və bu, möhtəşəmdir. AÇ-2020 bir il gecikdi və buna görə həyəcan daha da artıb. Turnir ötən il olsaydı, tam heyətimiz olmayacaqdı.
Keyfiyyətli komandayıq və hər kəs bizim edəcəklərimizdən qorxur. Havalar isti olanda müdafiədən oynayan komandalar əks-hücuma çıxan zaman uğurlu olur və biz də belə komandalardanıq”.
Uels yığması AÇ-2020-nin A qrupunda Türkiyə, İtaliya və İsveçrə ilə mübarizə aparacaq. Uels yığması ilk oyununu Bakıda İsveçrəyə qarşı keçirəcək.
Bu gün, Bakı Olimpiya Stadionunda oynanılacaq Uels – İsveçrə oyunu saat 17:00-da start götürəcək.
Bizi Facebook-da izləyin