Reytinq: “Qarabağ” qələbə qazandı, amma…

Çempionlar Liqasının 2-ci təsnifat məhələsinin cavab oyunlarından və Avropa Liqasında keçirilən bir matçdan sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, dünən baş tutan qarşılaşmalardan sonra bəzi ölkələrin xal hesabının artmasına baxmayaraq, reytinqdə heç bir dəyişiklik olmayıb.

Çempionlar Liqasında İrlandiyanın “Dandalk” klubunu qəbul edən “Qarabağ”ın 3:0 hesablı qələbəsi xal hesabımızı 0.250 xal artırıb. Hazırda 26-cı pillədə qərarlaşan Azərbaycanın hesabında 16.875 xal var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button