UEFA “Ukraynanın “Şamaxı”sı”nı ağır cəzalandıra bilər
UEFA Ukraynanın “Dnepr-1” klubunu diskvalifikasiya edə və avrokuboklardan kənarlaşdıra bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, UEFA-ya “Dnepr-1”in “Dnepr” komandasının yeni adı olması ilə bağlı şikayət daxil olub. Məlumat təsdiqlənərsə, klub “Dnepr”in bütün borclarını ödəməli və avrokuboklarda iştirakdan kənarlaşdırılmalı olacaq.
“Dnepr-1” Konfrans Liqasının 1/16 final mərhələsində Kiprin AEK komandası ilə üz-üzə gələcək. İlk matç fevralın 16-da, cavab oyunu isə fevralın 23-də keçirilməlidir.
Qeyd: Azərbaycanda klubların adlarını dəyişərək, əvvəlki borclarından yaxa qurtarmaq “ənənə”si geniş yayılıb. Məsələn, “Şamaxı” klubu “Keşlə”, “İnter”, “Xəzər Universiteti” kimi adlar daşıyıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin