UEFA superkubok matçına hakim təyinatlarını açıqladı
Futbol üzrə UEFA superkuboku çərçivəsində Almaniyanın “Bavariya” və İspaniyanın “Sevilya” klubları arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçın baş hakimi İngiltərə Futbol Federasiyasından Entoni Teylor olacaq.
Ona həmyerliləri Qeri Bisuik və Adam Nann kömək edəcək. Dördüncü hakim funksiyasını isə Orel Qrinfild yerinə yetirəcək.
Qeyd edək ki, UEFA superkuboku sentyabrın 24-də Budapeştdə baş tutacaq. “Bavariya” bu hüquqa UEFA Çempionlar Liqasının, “Sevilya” isə Avropa Liqasının qalibi olmaqla yiyələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin