
UEFA İsraili yarışlardan kənarlaşdıracaq – Tarix məlumdur
UEFA İsrail millisini və klublarını sentyabrın 23-də avrokuboklardan kənarlaşdırmağı planlaşdırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yığma komanda 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsindən, “Makkabi” isə Avropa Liqasından kənarlaşdırılacaq. Federasiyaların böyük əksəriyyəti İsrailə qarşıdır. İsrail isə məsələnin sentyabrın 23-də keçiriləcək iclasda səsverməyə çıxarılmasının qarşısını almağa çalışır.
İsrailə qarşı bu addımın səbəbi Fələstinə edilən hücumlarıdır.
Ukraynaya hücum edən Rusiyanın milli komandaları və klubları da 2022-ci ilin fevral ayının sonundan etibarən beynəlxalq yarışlardan kənarlaşdırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



