UEFA “Seltik”i məhkəməyə verib

UEFA azarkeşlərinin tribunada Fələstin bayrağını nümayiş etdirməsinə görə “Seltik”i məhkəməyə verib.

Komanda.az TASS-a istinadən xəbər verir ki, hadisəyə səbəb Şotlandiya klubunun UEFA-nın intizam qaydalarını pozması olub:

“Seltik” futbol klubuna qarşı UEFA İntizam Qaydalarının “idman ruhuna uyğun gəlməyən jestlər, sözlər, əşyalar və ya təxribat xarakterli mesajların ötürülməsi üçün hər hansı digər vasitələrdən istifadə edilməsi” maddəsinin potensial pozuntusuna görə iş qaldırılıb. Hadisə, xüsusən də, siyasi, ideoloji, dini və ya təhqiredici xarakter daşıyan təxribat xarakterli mesajlardır”.

UEFA-nın Nəzarət, Etika və Nizam-İntizam Qurumu klubla bağlı müvafiq qərar qəbul edəcək.

“Seltik”in azarkeşləri dəfələrlə fələstinliləri dəstəkləyiblər. Xüsusilə, oktyabrın 25-də keçirilən Çempionlar Liqası çərçivəsində “Atletiko” ilə ev oyununda (2:2) azarkeşlər aksiya keçiriblər.

Oktyabrın 7-də İsrail silahlı qüvvələri Fələstin tərəfindən güclü raket atəşinə tutulmasına cavab olaraq Qəzza zolağında hərbi əməliyyatlara başlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button