UEFA Salanı unutmadı
Bu həftə UEFA Çempionlar Liqası və Avropa Liqası çərçivəsində keçiriləcək oyunlar bir dəqiqəlik sükutla başlayacaq.
Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Sükuta səbəb, mərhum argentinalı futbolçu Emiliano Salanın ruhunu yad etməkdir.
“Nant”dan “Kardiff Siti”yə transfer olunan Sala, təyyarə qəzasında həyatını itirib.
ÇL-də “Roma” – “Portu” və “Mançester Yunayted” – PSJ, AL-də isə “Fənərbaxça” – “Zenit” qarşılaşmaları keçiriləcək. ÇL matçları saat 00:00-da, AL isə 21:55-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin