UEFA “Sabah”la oyuna görə İsrail klubunu cərimə edib

UEFA “Sabah”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olmuş İsrailin “Makkabi” (Hayfa) klubunu cərimələyib.

Komanda.az xəbər verir ki, Avropa futbol qurumu təmsilçimizin Hayfa təmsilçisi ilə Macarıstanda keçirilən ilk matçına hüququ qiymət verib.

İsrail klubu Macarıstanın Kişvarda şəhərində yerləşən “Varkert” stadionundakı görüşdə azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 46 750 avro ödəməli olacaq.

Qarşılaşma Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə başa çatmışdı. Bakıdakı oyunun əlavə vaxtında 3:6 hesabı ilə uduzan “Sabah” penaltilər seriyasında (3:2) sevinən tərəf olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button