UEFA rəsmisi vəzifəsindən istefa verib – Çeferinə görə

Xorvatiya millisinin və “Milan”ın sabiq futbolçusu Zvonimir Boban UEFA-nın futbol departamentinin rəhbəri vəzifəsindən istefa verib.

Komanda.az xəbər verir ki, o, bu barədə özü məlumat yayıb. Boban UEFA-nın prezidenti Aleksander Çeferinlə fiki ayrılığına görə belə addım atıb.

Çeferin 4-cü dəfə UEFA prezidenti seçilməsi (2031-ci ildədək) üçün UEFA-nın nizamnaməsində dəyişiklik edib. Boban isə Çeferinin bu addımına qarşı çıxıb. Tərəflər razılaşa bilmədikləri üçün Boban vəzifəsini tərk edib. 

Boban 2021-ci ildən UEFA-nın direktoru vəzifəsində çalışırdı. O, 2016-2019-cu illər aralığında FİFA-nın baş katibinin müavini kimi fəaliyyət göstərib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button