UEFA Rusiyaya təzminat ödəyib
UEFA 2021/2022 mövsümündə Çempionlar Liqasının final oyununun yerinin dəyişdirilməsinə görə Rusiyaya təzminat ödəyib.
Komanda.az xəbər verir ki, bu barədə oyunun hazırlıq üzrə təşkilat komitəsinin baş direktoru Aleksey Sorokin məlumat verib.
O, UEFA-dan xərclərə görə kompensasiya alındığını bildirib. Sorokin təzminatın bütün podratçılara ödəndiyini vurğulayıb.
UEFA final oyununu Ukrayna ilə müharibəyə görə Sankt-Peterburqdakı “Qazprom Arena”dan alıb. Fransanın paytaxtı “Stad de Frans”dakı matçda “Real” “Liverpul”u məğlub edib – 1:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin