UEFA rusiyalı hakimlərə təyinat verməyəcək!
UEFA rusiyalı futbol hakimlərini oyunlara təyin etməyəcək.
Komanda.az xəbər verir ki, “RİA Novosti”yə qurumdan verilən məlumatda belə deyilib:
“UEFA-nın Rusiyanın milli komandaları və klublarına tətbiq etdiyi sanksiyalar rusiyalı hakimlər də daxil olmaqla oyun rəsmilərinə şamil edilmir. Amma hazırda UEFA-nın himayəsi altında keçirilən turnirlərin oyunlarına Rusiyadan olan hakimlər təyin edilməyəcək”.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin